Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 23:16
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cw tura yekun vurulacaq.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A qrupunda "Napoli" İtaliyada "Ayaks"ı qəbul edəcək. "Liverpul" isə Şotlandiyada "Reyncers"in qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda Madrid "Atletiko"su "Brügge" ilə üz-üzə gələcək. Belçika təmsilçisi Madriddə qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksələcək. Digər görüşdə "Bayer" "Portu"nu qəbul edəcək.
Günün maraqla gözlənilən matçı C qrupunda "İnter"lə "Barselona" arasında olacaq. Qrupun autsayderi "Viktoriya" (Plzen) isə "Bayern"lə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
D qrupunda "Tottenhem" "Ayntraxt"ı, "Sportinq" isə Marsel "Olimpik"ini qəbul edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
12 oktyabr
A qrupu
Napoli (İtaliya) - Ayaks (Niderland) 4:2
Qol: Lozano, 4. Raspadori, 16. Kvaratsxeliya, 62-pen. Osimhen, 90 - Klaassen, 49. Berqveyn, 83.
23:00. Reyncers (Şotlandiya) - Liverpul (İngiltərə)
Xal: Napoli - 9. Liverpul - 6. Ayaks - 3. Reyncers - 0.
B qrupu
Atletiko (Madrid, İspaniya) - Brügge (Belçika) 0:0
23:00. Bayer (Almaniya) - Portu (Portuqaliya)
Xal: Brügge - 9. Bayer - 3. Portu - 3. Atletiko - 3.
C qrupu
23:00. Viktoriya (Plzen, Çexiya) - Bayern (Almaniya)
23:00. Barselona (İspaniya) - İnter (İtaliya)
Xal: Bayern - 9. İnter - 6. Barselona - 3. Viktoriya - 0.
D qrupu
23:00. Tottenhem (İngiltərə) - Ayntraxt (Almaniya)
23:00. Sportinq (Portuqaliya) - Olimpik (Marsel, Fransa)
Xal: Sportinq - 6. Tottenhem - 4. Ayntraxt - 4. Olimpik - 3.