Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pəsdəran''lar Ukrayna savaşına qoşulub? - SENSASİYALI BƏYANAT

''Pəsdəran''lar Ukrayna savaşına qoşulub? - SENSASİYALI BƏYANAT

Tarix: 13 Oktyabr 2022 11:30

İran İslam Respublikasının "İslam İnqilabı Keşikçiləri Korpusunun" ("Sepahe Pasdarane Enqelabe Eslami", "Pasdaran") onlarla zabiti Ukraynanın işğal olunmuş ərazilərindədir.

Sonxeber.net bildirir ki, Britaniyadakı Müharibə Tədqiqatları İnstitutu (Institute for the Study of War, ISW) əldə etdiyi kəşfiyyat məlumatlarına əsaslanaraq belə bəyanatla çıxış edib.

"Pəsdəran" zabitləri Rusiyanın işğal etdiyi ərazilərdə yaradılmış təlim məntəqələrində rusiyalı hərbçilərə Moskvanın Tehrandan satın aldığı "Shahed 136" və "Qods Mohajer-6" döyüş PUA-larından istifadəni öyrədirlər.

Təlim məntəqələri Krımdakı Cankoy və Xerson vilayətindəki Jeleznıy Port ilə Qladovtsıda yerləşir.

"Pəsdəran"ın təlimatçı zabitləri rusiyalı hərbçilərə təlimlər zamanı Rusiyanın İrandan satın aldıqdan sonra "Qeran" adlandırdığı "Shahed 136" zərbə ("kamikadze") dronlarından istifadə qaydalarına xüsusi diqqət verirlər.

Bununla yanaşı, "Pəsdəran" zabitlərinin Ukraynadakı bir sıra mülki obyektlərə, xüsusilə də Nikolayev və Odessa vilayətlərindəki "hədəf"lərə "Shahed 136" dronları vasitəsilə zərbələr endirilməsinə birbaşa nəzarət edirlər.

Xatırladaq ki, rəsmi Tehran Rusiyaya PUA-lar satdığını inadla təkzib edir, "bununla bağlı yayılan məlumatlar əsassız iddialar və dezinformasiyadır" deyir.

İranın XİN başçısı Hüseyn Əmir Abdullahian isə həmin informasiyaları "ağ yalan" adlandırmışdı.

Tehran istədiyi qədər təkzib edə bilər - reallıq isə budur ki, Ukrayna səmasında ukraynalı hərbçilər hər gün onlarla İran PUA-sı vururlar.


Etiketlər:  Pəsdəranlar Ukrayna savaşına qoşulub SENSASİYALI BƏYANAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ