Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki qadını şeytana qurban kəsdilər

İki qadını şeytana qurban kəsdilər

Tarix: 13 Oktyabr 2022 20:38

Hindistanın Kerala əyalətində bir cütlük maddi çətinliklərlə üzləşib və pul sərvəti cəlb etmək üçün sehrli bir mərasimdə qurban vermək üçün iki qadının başını kəsib.

Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

İki qadın bir ay fərqlə itkin düşüb. Koçi şəhərinin 57 yaşlı sakini Bandanm fevral ayından bəri yaşadığı bir otaqlı mənzildən yoxa çıxıb. Bacısı onun evinə gəlib, ancaq mənzilin kilidli olduğunu görüb. Onun telefonuna da heç kim cavab verməyib. Bandanmın oğlu anasının yoxa çıxması barədə polisə məlumat verib. Bir ay sonra polisə Rosili müraciət edib və məlumat verib ki, 49 yaşlı anası itkin düşüb.

Polis Bandanmın Patanamtittaya qədər hərəkətlərini izləyib və onun okkultist Mohammed Şafidən bir neçə telefon zəngi aldığını, onun da müalicəçi Bhaqavala Singh ilə əlaqə saxladığını aşkar edib. Həmin şəxs dindirilərkən, qətli törətdiyini etiraf edib. Polis evində xəstələri qəbul edən Sinqhi, həyat yoldaşı Leylanı və Şafini iki qətldə şübhəli bilərək saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Şafi ciddi maliyyə böhranı ilə üzləşən Sinqhi və həyat yoldaşını pul yığmaq üçün sehrli ayin yerinə yetirməyə razı salıb. Bunun üçün şübhəlilər zərərçəkmişlərə pul vəd edərək onları şirnikləndiriblər. Onlar qadınların başını kəsib, bədənlərini parçalayıblar. Qətllər bir ay fasilə ilə törədilib.

Qadınların ailələri kəsilmiş cəsədləri müəyyən edə bilmədiyi üçün mərhumların DNT nümunələri müayinə olunacaq.

Qara maqiya hələ də Hindistanın müxtəlif yerlərində tətbiq olunur. Sehrli rituallar məhsuldarlıq, zənginlik, düzgün hava şəraitini təmin etmək və xəstəliklərdən sağalmaq üçün həyata keçirilir. Bununla belə, Kerala daha mütərəqqi ştat hesab olunur, buna görə də ictimaiyyət şokdadır.

İrfan Vəliyev


Etiketlər:  İki qadını şeytana qurban kəsdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ