Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da atışma zamanı 5 nəfər ölüb

ABŞ-da atışma zamanı 5 nəfər ölüb

Tarix: 14 Oktyabr 2022 07:56

07:56

ABŞ-da Şimali Karolina ştatının Roli şəhərində 5 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə cümə axşamı yerli polis idarəsi tviter səhifəsində məlumat yayıb.

Şübhəli şəxsin adı hələ açıqlanmır.

Daha əvvəl Roli meri Merienn Bolduin bildirib ki, şəhər kənarında baş verən atışmada biri polis məmuru da daxil olmaqla 5 nəfər həlak olub. Digər polis əməkdaşı da daxil olmaqla iki nəfər xəstəxanaya aparılıb. Şimali Karolina qubernatoru Roy Kuper meri əmin edib ki, ştat rəsmiləri insidentin araşdırılmasına dəstək verəcəklər.

---------

06:55

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində baş verən atışmada biri polis əməkdaşı olmaqla azı 5 nəfər həlak olub.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəni törədən şəxs hələ də azadlıqdadır. Buna görə də polis atışma baş verən ərazinin sakinlərinə evdə qalmağı tövsiyə edib.

Hadisə zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı qeyd edilir.

Telekanalın məlumatına görə, atışmanın səbəbi hələ məlum deyil.


Etiketlər:  ABŞ atışma zamanı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ