Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni Nəfəsin 270 minlik villası var? - VİDEO

Müğənni Nəfəsin 270 minlik villası var? - VİDEO

Tarix: 14 Oktyabr 2022 11:50

"Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq. Sonra anamgil ev alıb. 3 uşaq olmuşuq. Ev aldım, verdim valideynlərimə. Allah olmayanlara qismət eləsin". 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Leyli" mahnısı ilə tanınan müğənni Nəfəs deyib. Aparıcının "270 min manatlıq villan var?" sualına Nəfəs belə cavab verib:

"Bu, illərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Qiyməti demək istəmirdim. Tam ödəməmişəm. İnsanlar elə qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Qardaşıma da maşın almışam. Şükür Allaha, ailəmə dəstəyəm.

Atam işləsə də, imkanı çatmırdı ev almağa. 2009-cu ilə qədər biz kirayələrdə yaşamışıq". 

Aparıcı Zaur Kamalın "onda atan başına fırlanır indi, hə?" sualına Nəfəs "Atam rəhmətə gedib, kaş ki, aldığım evdə o da yaşayardı", - cavabını verib.

Qeyd edək ki, müğənni Nəfəsin atası 2011-ci ildə yol qəzasında dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Müğənni Nəfəsin minlik villası VİDEO


RƏYLƏR