Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 18:44
Paytaxtın bir sıra ərazilərində köhnə binalardakı qaz xətləri istismar müddətini başa vurub və təhlükə mənbəyinə çevirilib. Xətai rayonu ərazisində yaşayan sakinlər deyirlər ki, xətlər uzun müddətdir nəzarətsiz qalıb. Bəzi hissələrdə isə kənar müdaxilələr edilib ki, bu da təhlükə riskini artırır, qazın təzyiqinin azalmasına səbəb olur.
Çəkiliş apardığımı zaman ortaya çıxan mənzərədə ürəkaçan olmadı.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə müraciət etdik. Birliyin şöbə rəisi İlkin Behbudov bildirdi ki, binalarda olan yerüstü xətlər metal konstruksiyalıdır. Onlara isə mütəmadi qulluq olunur.
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov isə deyir ki, köhnə binalarda qaz xətlərinin qaydalara uyğun olmadan çəkilməsi gələcəkdə ağır fəsadlara yol aça bilər. Ekspertin fikrincə xüsusən qış aylarında qaza olan təlabat artır ki, bu da əlavə yüklənmələrə səbəb olur. Bu isə öz növbəsində cihazların sağlam olmasını tələb edir.
Ekspert deyir ki, hazırda köhnə binalarla yanaşı yeni tikilən çoxmərtəbəlilərin də qaz sistemlərində müxtəlif problemlər görmək mümkündür.