Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rusiya bunu etməyəcək” - Zelenski

“Rusiya bunu etməyəcək” -  Zelenski

Tarix: 15 Oktyabr 2022 08:42

"Artıq Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlmək şansı yoxdur. Təcavüzkarın edə biləcəyi yeganə şey dünyanı şantaj etməkdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraiətində bildirib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların gedişi ilə bağlı son açıqlamalarını da şərh edib:

"Qulaq asın, bu terrorçuların lideri insanların, jurnalistlərin qarşısına çıxanda ondan nə və necə soruşurlar. Rusiya artıq məğlubiyyət atmosferindədir, artıq özü üçün ümidsizlik mühitindədir".

Zelenski onu da qeyd edib ki, Rusiyanın hələ də Ukrayna şəhərlərinə və bütün avropalılara qarşı terror törətmək, dünyanı şantaj etmək imkanları var:

"Amma şansları yoxdur və bunu etməyəcəklər. Çünki Ukrayna irəliləyir".

Milli.Az


Etiketlər:  Rusiya bunu etməyəcək Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ