Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu məhsulun QİYMƏTİ KƏSKİN BAHALAŞDI

Azərbaycanda bu məhsulun QİYMƏTİ  KƏSKİN BAHALAŞDI

Tarix: 15 Oktyabr 2022 19:02

Bahalaşma əksər sahələrdə olduğu kimi yağların da qiymətinə təsir edib. Ən çox istifadə olunan kərə yağı və günəbaxan yağı ilə yanaşı, zeytun yağlarında da qiymət artımı müşahidə edilir. Lakin bu yağın qiyməti bazar və marketlərdə bir-birindən fərqlidir. Ötən illə müqayisədə bazarda satılan məhsulda artım cüzi, marketdə isə xeyli yüksəkdir. Satıcılar deyirlər ki, zeytun yağının alışı da bu il artıb.

Marketlərdə isə bazarlardan fərqli olaraq alıcılıq qabiliyyəti azalıb, qiymətlər əvvəlki nisbətən artıb. Məsələn ötən il 4 və 11 manata satılan zeytun yağları hazırda müvafiq olaraq 7 və 16 manata təklif edilir.

Alıcılar da bu yağlardakı bahalaşmanı son aylarda daha çox hiss etdiklərini deyirlər.

Mütəxəssislər bildirirlər ki, yerli istehsal tələbatı kifayət qədər ödəmədiyindən satışa daha çox idxal olunan məhsullar çıxarılır. İqtisadçı ekspert Xalid Kərimli də deyir ki, ölkədə bu sahənin inkişafı üçün işlər görülür.

Xalid Kərimli deyir ki, kommunal xidmətlərin və işçi xərclərinin artması, eləcə də xammal və avadanlıqların bahalaşması maya dəyərini yüksəldir. Bu da zeytun yağlarının bahalaşmanı qaçılmaz edir.

Ekspertin fikrincə, dünyada olan ucuzlaşma tendensiyası bir müddət sonra duru yağların, xüsusilə də zeytun yağlarının qiymətinə təsir edəcək.(xəzərxəbər)


Etiketlər:  Azərbaycanda məhsulun QİYMƏTİ KƏSKİN BAHALAŞDI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ