Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 17:20
Bakı. Trend:
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.
Trend-in məlumatına görə, T.Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Nəticədə təmsilçimiz ümumi hesabı bərabərləşdirib - 1.5:1.5.
Qeyd edək ki, finalçılar sabah sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin