Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna pul yazdırmadı

Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna pul yazdırmadı

Tarix: 16 Oktyabr 2022 17:10

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl həmkarı Rəşad Dağlının oğlu Yusifin kiçik toyunda iştirak etsə də, pul salmadığı üzə çıxıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə sənətçi qonaq olduği "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə söz xiridarı gülərək belə cavab verib:

"Rəşadının oğlu Yusifin kiçik toyundan bir əmisi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım".

Lakin Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.

Milli.Az


Etiketlər:  Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna pul yazdırmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ