Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir?

Repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir?

Tarix: 16 Oktyabr 2022 19:40

Yeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktuallaşıb. Bəs repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi eksperti Cavid Vəlizadənin sözlərinə görə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən vergiödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar: "Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergiödəyiciləri sadələşdirilmiş vergiödəyicisi olmaq hüququna malikdirlər".

Vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olmamalıdır.

Həmçinin repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd edərək, kassa kitabında qeydiyyat aparmalıdırlar.


Etiketlər:  Repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ