Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Tarix: 2 May 2019 12:09

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.


Etiketlər:  Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ