Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 21:26
Avropa Birliyinin xarici işlər nazirləri Ukraynada gərginliyin davam edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna bildirib.
"AB Xarici İşlər Nazirləri Şurasının üzvləri Rusiyanın Ukraynada gərginliyi artıracağı halda yeni sanksiyaları təsdiqləməyə hazır olacaqlar. Baxmayaraq ki, biz bunun baş verməyəcəyinə ümid edirik", - K.Kolonna vurğulayıb.