Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıya gəlib ev alan rusların sayı artır - VİDEO

Bakıya gəlib ev alan rusların sayı artır - VİDEO

Tarix: 19 Oktyabr 2022 19:26

Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizə gələn Rusiya vətəndaşlarının sayının artması əmlak bazarında canlanma yaradıb.  Ötən il və bu ilin ilk 6 ayında 40 fərqli ölkənin vətəndaşları Azərbaycandan ümumilikdə 2112 mənzil  alıb. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azərbaycanda daşınmaz əmlaka əcnəbilərin marağı artıb. Bu ilin ilk altı ayı ərzində 773 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəmizdə daşınmaz əmlak alıb. Ən çox mənzil alanların arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları ilk üçlükdədir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, xüsusilə rusiya-ukrayna müharibəsi fonunda bu ölkələrin vətəndaşlarının Bakıya axını çoxalıb və paytaxtda daşınmaz əmlaka maraqları artıb.

İkinci səbəb isə yaşayış icazəsi ilə bağlıdır. Qaydalara əsasən, Azərbaycanda müəyyən məbləğdə daşınmaz əmlak alan əcnəbilərə müvəqqəti yaşayış, daimi yaşayış və vətəndaşlıq verilə bilər. 

Reiltor Həşim Qədirov isə deyir ki, əcnəbilər əsasən şəhərin mərkəzi hissəsində olan mənzillərə üstünlük verirlər.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, ötən il ərzində isə 1339 nəfər əcnəbi Azərbaycandan ev alıb.

Milli.Az


Etiketlər:  Bakıya gəlib ev alan rusların sayı artır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ