Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmisini mirasa görə həbsə göndərdilər

Əmisini mirasa görə həbsə göndərdilər

Tarix: 19 Oktyabr 2022 21:28

Böyük Britaniyanın Esseks qraflığında əmiuşağı olan qardaş və bacı nənələrindən qalan mirasını mənimsədiyinə görə əmisini həbsxanaya göndərib.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

Holli Totton və Daniel Uoşerin nənəsi Heyzel Totton 2019-cu ildə vəfat edib. O, oğlu 51 yaşlı Mark Tottona miras olaraq nəvələrinə 437 min funt sterlinq ödəməyi vəsiyyət edib. Lakin Heyzelin ölümündən üç il keçməsinə baxmayaraq, varislər hələ də heç nə almayıblar.

Qardaş və bacı əminin pulla nə etdiyini öyrənməyə çalışaraq ondan ödəniş tələb etsə də, o, buna reaksiya verməyib. Sonra vəkilin məsləhəti ilə onu məhkəməyə veriblər. Yalnız bundan sonra pulun bir hissəsini köçürülüb. Cümə günü, oktyabrın 7-də baş tutan məhkəmə iclasında Mark 6 həftəlik həbs cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin vəkilləri onun əvvəllər məhkum olunmadığını və həmişə ailəsinə köməklik göstərdiyini bildiriblər. Onların dediyinə görə, kişi ailə münaqişəsi fonunda başlayan depressiya ilə mübarizə aparırmış və özü dürüst və sevən bir insandır. Hakim hüquq müdafiəçilərinin arqumentləri ilə razılaşmayıb, o, israr edib ki, Totton qəsdən qardaşının uşaqlarına pul ödəməyib. Təqsirləndirilən şəxsə həmçinin qardaşının uşaqlarına vəkil üçün 18 min funt sterlinq xərclərini ödəmək tapşırılıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Əmisini mirasa görə həbsə göndərdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ