Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya vaxt vermişdi - Moldova təcili iclas keçirdi

Rusiya vaxt vermişdi - Moldova təcili iclas keçirdi

Tarix: 19 Oktyabr 2022 23:04

Fövqəladə Hallar Komissiyasının iclası yenicə başa çatıb. Biz ölkənin qaz nəqli sistemi ilə bağlı kredit verilməsini təklif etmişik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Moldova Baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu bildirib.

"Bu qərar "Moldovaqaz"a sentyabr ayı üçün "Qazprom"a tam ödəniş etməyə və oktyabr ayı üçün avans ödəməyə imkan verəcək", - Spinu vurğulayıb.

Qeyd edək ki, daha öncə "Qazprom" oktyabrın 20-dək Moldova tərəfinin ödəniş öhdəliklərinin pozacağı təqdirdə qazın nəqlini tamamilə dayandıracağını bəyan edib.

Milli.Az


Etiketlər:  Rusiya vaxt vermişdi Moldova təcili iclas keçirdi


RƏYLƏR