Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 23:38
ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, rəhbərlik etdiyi ölkə strateji neft ehtiyatlarının ilin sonuna qədər strateji neft ehtiyatlarının 15 milyon barel satacaq və qiymətlər bir barel üçün 70 dollardan aşağı düşdükdə tədarükə başlayacaq.
Sonxeber.net "report"a istinadən bildirir ki, Baydenin planı təklifi artırmaq və neftin qiymətinin qalxmasının qarşısını almaq məqsədi daşıyır. Amerika prezidenti qeyd edib ki, "lazım gələrsə" ABŞ əlavə həcmdə neft satmağa hazırdır.
Agentlik qeyd edib ki, neft hasil edən OPEC+ ölkələrinin ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsində neft hasilatını azaltmaq qərarı Baydenin rəhbərlik etdiyi Demokratlar Partiyasının Konqresin bir və ya hər iki palatasına nəzarəti itirməsinə səbəb ola bilər.