Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acunun 20 milyon dollarlıq yaxtası - İçərisində futbol meydançası da var - VİDEO - FOTO

Acunun 20 milyon dollarlıq yaxtası - İçərisində futbol meydançası da var - VİDEO - FOTO

Tarix: 20 Oktyabr 2022 02:45

Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun Ilıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.

47,2 metrlik yaxtanın adı Ilıcalının qızlarının baş hərflərindən ibarətdir və "B.A.L.M.Y." adlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.

20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki "Caterpillar C32" dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.

Yaxtanın çəkisi 498 tondur və maksimal sürəti 14,5 knot (26,8 kilometr/saat) təşkil edə bilir.

Yaxtanın göyərtəsində dincəlmək və günəş vannası qəbul etmək üçün sahə, spa və hətta kiçik futbol meydançası var.

Milli.Az


Etiketlər:  Acunun milyon dollarlıq yaxtası İçərisində futbol meydançası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ