Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 2 gümüş medal qazanıblar

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 2 gümüş  medal qazanıblar

Tarix: 20 Oktyabr 2022 07:46

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. N.Məmmədli səkkizdəbir finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Güləşçimiz növbəti mərhələdə ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Millimizin üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabı ilə qalib gələrək finala adlayıb. N.Məmmədli həlledici görüşdə türk güləşçi Kerem Kamala məğlub olaraq (0:8) gümüş medalla kifayətlənib.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabı ilə üstələyib. Q.Qurbanov səkkizdəbir finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. İdmançımız dörddəbir finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz sonadək üstünlüyünü qoruyub və 8:2 hesablı qələbə ilə dünya çempionu olub.

Beləliklə, dünya çempionatına 6 idmançı ilə yollanan yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.

Milli.Az


Etiketlər:  Yunan Roma güləşçilərimiz 1 qızıl 2 gümüş medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ