Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur repçi bu sosial şəbəkəni alır

Məşhur repçi bu sosial şəbəkəni alır

Tarix: 20 Oktyabr 2022 20:14

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest mühafizəkarlar və Donald Trampın pərəstişkarları arasında məşhur olan "Parler" sosial şəbəkəsini alır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Sərvəti təxminən 2 milyard dollar olan repçinin bunun üçün nə qədər ödəniş edəcəyi isə açıqlanmayıb. Tərəflər arasında müqavilə bu ilin sonuna kimi bağlanacaq.

Qeyd edək ki, sözügedən sosial şəbəkə özünü söz azadlığına sahib tvitterin analoqu kimi təqdim edir.

Milli.Az


Etiketlər:  Məşhur repçi bu sosial şəbəkəni alır


RƏYLƏR