Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəli Yıldırım və Şamil Ayrım Azərbaycanda qəzaya düşdülər - YENİLƏNİB

Binəli Yıldırım və Şamil Ayrım Azərbaycanda qəzaya düşdülər - YENİLƏNİB

Tarix: 20 Oktyabr 2022 22:00

Türkiyənin səhiyyə naziri Fahreddin Koca Cəbrayılda qəzaya düşmüş AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırımın səhhəti ilə bağlı məlumat yayıb. Koca Yıldırımın səhhətinin yaxşı olduğunu bildirib:

"Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili dostumuz Şamil Ayrımın maşını qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngülcə xilas olublar. Yenidən şəfa diləklərimi çatdırıram".

21:37

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda onların və sürücünün səhhəti normaldır.


Etiketlər:  Binəli Yıldırım Şamil Ayrım Azərbaycanda qəzaya düşdülər YENİLƏNİB


RƏYLƏR