Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İran regionda heç bir geosiyasi dəyişikliyə dözməyəcək" - Abdullahianın İrəvandan gülünc hədəsi

Tarix: 20 Oktyabr 2022 22:10

İranın xarici işlər naziri erməni həmkarı ilə birgə mətbuat konfransında: "İran bölgədə istənilən geosiyasi dəyişikliyə qarşı xəbərdarlıq edir"

Milli.Az İRNA-ya istinadən bildirir ki, İranın xarici işlər naziri deyib: "İran bölgədə heç bir geosiyasi dəyişikliyə dözməyəcək. Biz bunu öz qırmızı xəttimiz hesab edirik və bunun qarşısını almağa çalışacağıq".

Erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında İrəvanda olmaqdan məmnun olduğunu bildirən xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib: "Bu gün erməni həmkarımla çox vacib və konstruktiv danışıqlar apardım. Biz kommersiya və iqtisadi aspektlər ətrafında fikir mübadiləsi aparırıq. İki ölkə arasında ticarət həcmi 700 milyon dollardır və biz bunu artırmağa razılaşdıq".

O, Ermənistan xarici işlər nazirinin sözlərinə istinad edərək deyib: "Mirzoyanın da qeyd etdiyi kimi, bizim digər planlarımızdan biri də konsulluq sahəsində əməkdaşlığın sadələşdirilməsi və Ermənistandan keçən Cənub-Şimal marşrutunun gücləndirilməsidir ki, bu da İran və region tərəfindən ciddi şəkildə dəstəklənir".

Əmir Abdullahian sabah İranın Qafanda konsulluğunun açılmasının onun və həmkarının gündəmində olduğuna işarə edərək deyib: "İran hesab edir ki, bölgənin hər hansı bir hissəsində yad qüvvələrin mövcudluğu və xarici müdaxilələr bölgə xalqlarına fayda verməyəcək. Ümid edirik ki, regionun problemləri gözlənilən formatda, yəni 3+3 formatı vasitəsilə həllini tapacaq".

"İran regionda heç bir geosiyasi dəyişikliyə dözməyəcək və biz bunu öz qırmızı xəttimiz hesab edir, bunun qarşısını almağa çalışacağıq",- deyə o, iddia edib.

Erməni jurnalistin sualına cavab verən Əmir Abdullahiyan Ermənistan və Azərbaycan arasında müharibəyə son qoymaq üçün aparılan sülh danışıqları barədə deyib: "Biz bu gecə bu məsələni müzakirə etdik və bu, əsas problemlərdən və gündəliyimizdən biridir və burada Hindistanın əhəmiyyəti ilə bağlı həmfikirik ki, Ermənistan, Hindistan və İran arasında üçtərəfli format hazırlansın".

Milli.Az


Etiketlər:  İran regionda heç bir geosiyasi dəyişikliyə dözməyəcək Abdullahianın İrəvandan gülünc hədəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ