Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH daxilində gizli çevriliş – Prosesdə diqqətçəkən Azərbaycan detalı

SEPAH daxilində gizli çevriliş – Prosesdə diqqətçəkən Azərbaycan detalı

Tarix: 21 Oktyabr 2022 15:20

"Abdullahiyan Azərbaycan məsələsində Əli Fədaviyə arxalanır. Anti-Azərbaycan siyasətləri uğurlu olsa, Əli Fədəvi mütləq indiki SEPAH rəhbərliyini taxtından aşıracaq və bu sistemdəki türkləri ucdantutma ixtisara göndərəcək".

Sonxeber.net xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

O, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində gedən proseslərə diqqət çəkib:

"Ordu rabitəsində, kəşfiyyatında aldadıcı manevrlər çoxdur. Biri, azsaylı xalqların dilindən, ləhcəsindən istifadə etmək manevridir. Məsələn, rus ordusunda bu, Tuva türkcəsidir. Ən gizli mesajlar, xəbərlər Tuva türkcəsiylə şifrələnir. İran SEPAH-ında bu məqsədlə fars dilinin Ərdəhan ləhcəsindən istifadə edilir. Bu ləhcəni SEPAH-a təzə gətiriblər.

Bəs təşəbbüskarı kimdir? Heç kim - SEPAH generalı, ərdəhanlı Əli Fədəvi.

İran siyasətində, kəşfiyyatında Ərdəhan ləhcəsinin ahatə dairəsi günbəgün böyüyür. İran xarici işlər naziri Abdullahiyan da ərdəhanlıdır. Ancaq bu Ərdəhan cütlüyü öz ləhcələrini SEPAH-ın rəsmi, gizli dilinə çevirməklə başqa məqsədlər də güdürlər. Əvvəla, bütün ərdəhanlıları ən vacib dövlət strukturlarına yerləşdirməklə öz mövqelərini gücləndirirlər. Şifrələnməyi bəhanə edərək, öz yerlilərini ən vacib nöqtələrdə gücləndirirlər. Buna deyərlər, isfəhansayağı, ərdəhansayağı dövlət çevrilişi.

Birgə çalışırlar. Azərbaycan məsələsində də Abdullahiyan Əli Fədaviyə arxalanır. Anti-Azərbaycan siyasətləri uğurlu olsa, Əli Fədəvi mütləq indiki SEPAH rəhbərliyini taxtından aşıracaq və bu sistemdəki türkləri ucdantutma ixtisara göndərəcək".

Ərdəhanın qədim şəhər olduğunu bildirən Həmid Herisçi qeyd edib ki, burada yaşayan əhali arasında Zərdüşt icmasının üzvləri az deyil:

"Məsələn, orada məscidə qədim farsca "Mazda" deyərlər. "Şahnamə" qəhrəmanı Rüstəm Zalla bağlı bu şəhərdə bir neçə abidə var. Dilləri də qədim farscadır, müasir deyil. Qısası, paniranistlərin əsl yuvasıdır. SEPAH-da Əli Fədavinin özünə "Rüstəm Zal" deməsini isə hamı bilir.

Beləliklə, SEPAH-da daxili ziddiyətlər getdikcə artacaq. Ərdəhan-İsfəhan mafiyası Xarici İşlər Nazirliyini ələ keçirtdikdən sonra SEPAH-a əl uzadacaq, türkləri ordan sıxışdıracaq.

Namizəd kimdir? Əli Fədəvi.

Fil qulağında yatmısınız. Fikirləşirsiniz ki, bu cütlük elə-belə, boş yerə öz arasında rəsmi farsca yox, məhz Ərdəhan dialektində danışırlar? Görünür, SEPAH-dakı türklərdən gizlədikləri söhbətlər, himcimlər çoxdur".


Etiketlər:  SEPAH daxilində gizli çevriliş Prosesdə diqqətçəkən Azərbaycan detalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ