Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tələbələrə xoş xəbər var - VİDEO

Azərbaycanda tələbələrə xoş xəbər var - VİDEO

Tarix: 21 Oktyabr 2022 18:54

Təhsil haqqında qanuna dəyişikliklər təklif olunur. Dəyişikliklər tələbələrin yerdəyişməsini, akademik məzuniyyət məsələsini, o cümlədən ali təhsil müəssisəsinə bərpasını tənzimləyəcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi, xaric edilməsi və bərpa olunması qaydaları hazırlanır.

Məsələ "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Yeni qaydalarda bir neçə əhəmiyyətli yenilik var.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, qaydalar həm bakalavr, həm də magistratura səviyyələrində təhsil alanları əhatə edəcək.

Dəyişiliklərdən sonra proses yalnız Elm və Təhsil Nazirliyi tərəfindən icra olunacaq. Şəffaflıq təmin ediləcək və ən əsası, tələbələr rahat yer dəyişib, akademik məzuniyyətlər götürə biləcəklər.

Müşfiq Məmmədli deyir ki, təhsil haqqını ödəməyən tələbələrlə bağlı problemi Təhsil Tələbə Krediti Fondu tənzimlədiyindən bununla bağlı yeni qaydalarda heç bir dəyişiklik yoxdur.

Ezamiyyət, xəstəlik, ailə vəziyyəti, dövlət sərəncamı və tapşırığının yerinə yetirilməsi və digər xüsusi hallarda lazımi sənədləri təqdim etməklə tələbə təkrar kursda saxlana bilər. Üzürlü səbəblərə görə tam təhsil boyu tələbələrin təkrar kursda saxlanmasına məhdudiyyət qoyulmur.

Milli.Az


Etiketlər:  Azərbaycanda tələbələrə xoş xəbər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ