Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar Məmmədyarov ikinci oldu

Şəhriyar Məmmədyarov ikinci oldu

Tarix: 22 Oktyabr 2022 07:36

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ikinci final görüşünü keçirib.

37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov ikinci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən keçirilib və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.

Milli.Az


Etiketlər:  Şəhriyar Məmmədyarov ikinci oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ