Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Con Lennonun son məktubu 64 min dollara satılıb - FOTO

Con Lennonun son məktubu 64 min dollara satılıb - FOTO

Tarix: 23 Oktyabr 2022 13:50

Dünyaca məşhur britaniyalı musiqiçi, keçmiş "Beatles" qrupunun üzvü Con Lennonun ölümündən bir neçə saat əvvəl yazdığı sonuncu məktub hərracda 64 min ABŞ dollarına satılıb.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Qeyd olunur ki, gözləntilərə görə məktubun qiyməti 30-50 min dollar arasında dəyişsə də, hərracın son günündə potensial alıcıların sayı artıb, lotun qiyməti isə artıb. Məktub "Gotta Have Rock and Roll" hərrac evi tərəfindən 63 750 ABŞ dollarına satılıb. Alıcı adının anonim qalmasını üstün tutub.

Lennon mühasib Barri Nikolsa göndərməzdən əvvəl məktubun üzərində öz imzasını qoyub. Məlumdur ki, musiqiçi orada doqquz gün sonra Londonda keçiriləcək "Beatles" korporasiyasının illik toplantısında onun adından səs vermək üçün üç etibarlı şəxsin adını çəkib. Musiqiçi bir neçə saat sonra Nyu Yorkda ölümcül yaralanıb.

Musiqiçi 8 dekabr 1980-ci ildə arvadı Yoko Ono ilə Nyu-Yorkdakı "Hit Factory" səsyazma studiyasından qayıdarkən kürəyindən 5 güllə yarası alıb. Həkimlər 25 dəqiqə sonra Lennonun qan itkisindən öldüyünü elan ediblər.

Bu il sentyabrın 13-də Con Lennonun qatilini 12-ci dəfə şərti azadlığa buraxmaqdan imtina ediblər.

Milli.Az


Etiketlər:  Con Lennonun son məktubu 64 min dollara satılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ