Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naməlum PUA ABŞ bazasına zərbə endirdi

Naməlum PUA ABŞ bazasına zərbə endirdi

Tarix: 23 Oktyabr 2022 16:14

Naməlum pilotsuz təyyarə Suriyanın cənub-şərqindəki "Ömər" neft yatağında yerləşən ABŞ hərbi bazasına zərbə endirib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadin" telekanalı məlumat yayıb.

"Naməlum PUA Deyr əz-Zor əyalətinin şərqindəki "Ömər" yatağındakı ABŞ hərbi bazasına bir neçə raket hücumu həyata keçirib, dağıntının miqyası hələ dəqiq deyil", - telekanal bildirib.

Qeyd olunub ki, bundan sonra bazada bir neçə partlayış səsi eşidilib.

Telekanalın məlumatına görə, ABŞ hərbçiləri daha sonra hücuma cavab olaraq Mayadin şəhəri yaxınlığındakı kənd təsərrüfatı sahələrinə artilleriya zərbələri endirib.


Etiketlər:  Naməlum ABŞ bazasına zərbə endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ