Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalılar maaşsız və pensiyasız qala bilərlər

Ukraynalılar maaşsız və pensiyasız qala bilərlər

Tarix: 23 Oktyabr 2022 21:00

Aİ Ukraynaya vəd etdiyi 9 milyard avro çərçivəsində maliyyələşdirməni dayandırarsa, ukraynalılar maaşsız və pensiyasız qala bilər

Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, bu sözləri "Frankfurter Allgemeine"ə müsahibəsində Ukraynanın Baş naziri Denis Şmiqal deyib.

Ukrayna Aİ-nin maliyyə yardımından böyük ölçüdə insanların sosial ehtiyacları və yenidənqurma üçün istifadə edir. Hökumət başçısı vurğulayıb ki, istənilən gecikmə ağır nəticələrə səbəb ola bilər:

"Maliyyə sistemimizi yaşatmaq üçün buna ehtiyacımız var. Bunun kredit və ya qrant olması daha az əhəmiyyət kəsb edir. Biz artıq bütün qənaətləri istifadə etmişik. Bu gün müdafiə büdcəsi dövlət xərclərimizin 60%-ni təşkil edir və biz partnyorlarımızın maliyyə yardımından böyük ölçüdə insanların sosial ehtiyacları və yenidənqurma üçün istifadə edirik. Burada hər hansı bir gecikmə dəhşətli nəticələrə səbəb ola bilər", - baş nazir bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya ilə müharibədən itkilər 700 milyard dollardan çox olub. Lakin bu itkilər bloklanmış Rusiya aktivləri hesabına ödənilə bilər.

"Biz Rusiyanın aktivlərinin müsadirə edilməsi mexanizmini işləyib hazırlamalı, sonra isə əldə olunan vəsaiti Ukraynanın yenidən qurulmasına yatırmalıyıq. Belə mexanizm əvvəlcə Rusiyanı hədəf alacaq, lakin sonradan gələcək qlobal təhlükəsizlik sisteminin təməl daşına çevrilə bilər. Gələcəkdə hər bir diktator bilməlidir ki, təcavüzə görə məsuliyyət daşıyır", - Şmiqal deyib.


Etiketlər:  Ukraynalılar maaşsız pensiyasız qala bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ