Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir

Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir

Tarix: 24 Oktyabr 2022 13:30

Azərbaycan Türkiyədən "Barkan" insansız hərbi maşın almaq istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Barkan"ı istehsal edən Türkiyənin HAVELSAN şirkətinin sədri Hacı Əli Mantar məlumat verib.

O, artıq Türkiyə Silahlı Qüvvələrinin inventarında bir neçə "Barkan"ın olduğunu diqqətə çatdırıb.

"Barkan"la bağlı hazırda Malayziya, İndoneziya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan, Ukrayna və Azərbaycanla danışıqlarımız davam edir", - şirkət sədri qeyd edib.

Əli Mantar HAVELSAN-ın gəmilərin, eyni zamanda, digər platformaların komanda idarəetmə sistemləri sahəsində dünya ölkələri ilə əməkdaşlığa başladığını da vurğulayıb: "Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalamışıq. Malayziya ilə danışıqlarımız davam edir. İndoneziyada 5 razılaşma var. Qətərlə müqavilələr bağlamışıq, ora da məhsullarımızı verməyə çalışırıq. Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə də danışıqlar aparırıq".

Milli.Az


Etiketlər:  Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir


RƏYLƏR