Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərin katalizatorları kəskin bahalaşıb - VİDEO

Avtomobillərin katalizatorları kəskin bahalaşıb - VİDEO

Tarix: 24 Oktyabr 2022 13:42

Son günlər avtomobillərin katalizatorlarının qiymətində artım müşahidə edilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtomobilin mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən katalizatorların qiyməti ən azı 100-150 manat bahalaşıb.

Katalizatorların satışı və avtomobillərə quraşdırılması ilə məşğul olan Anar Teymurov deyib ki, sözügedən ehtiyat hissəsinin qiyməti istehsalçı ölkəyə görə dəyişir.

İstənilən avtomobillərin orijinal katalizatorlarının qiyməti həddindən artıq baha olduğu üçün ən çox Çin və Türkiyə istehsalı olan ''Avro-4'' katalizatorlara üstünlük verilir. Tələbat artdığı üçün həmin ölkələrdə bu detalın qiyməti bahalaşıb.

Usta deyir ki, katalizatorların istisimar müdəti ən çox 100 min kilometrə qədərdir. Bəzi hallarda mühərrik düzgün işləmədikdə sürücülərin dili ilə desək, ''yağ yemə''  olduğu halda da katalizator tez sıradan çıxır və yanacaq sərfiyyatı artır. Bəzi işbazlar xaricdən gətirdikləri avtomobilləri satarkən orijinal katalizatorlarını çıxarırlar. Bu isə ekologiyaya ziyan vurmaqla yanaşı, mühərrikin də ömrünü azaldır.

Qeyd edək ki, katalizatoru olmayan avtomobillərin səsi digərlərindən xeyli fərqlənir. Usta hesab edir ki, ikinci əl avtomobil alan şəxslər mütləq həmin detalın olub-olmamasını yoxlatmalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Avtomobillərin katalizatorları kəskin bahalaşıb VİDEO


RƏYLƏR