Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İncidiyinə görə qızı öldürdü

İncidiyinə görə qızı öldürdü

Tarix: 24 Oktyabr 2022 15:18

ABŞ-da basketbol oyununda rəfiqəsinə uduzandan sonra əsəbiləşərək qızı öldürən kişi həbs edilib.

Sonxeber.net bildirir ki, bu barədə KDFW məlumat yayıb.

Polis hadisə yerində 21 yaşlı Asiya Vomakı döş qəfəsindən güllə yaraları ilə tapıb. O, xəstəxanaya aparılıb, həkimlər qurbanın öldüyünü bildiriblər.

Tezliklə Vomakın 31 yaşlı dostu Kameron Hoqqu güllələdiyi barədə məlumat yayılıb. Bundan əvvəl kişi yerli parkda kortda basketbolda rəfiqəsinə uduzaraq onunla mübahisə edib. Vomak uşaqlıqdan basketbol oynayıb və məktəb komandasında uğurla çıxış edib.

Daha sonra qız və başqa bir dostu küçədə televizora baxarkən, Hoqq öz maşını ilə onların yanına gəlib. Mərhumun dostunun sözlərinə görə, əsəbiləşən kişi maşından atılaraq onlara tərəf yönəlib. Vomak ayağa qalxıb, Hoqq isə silahını çıxarıb onun sinəsinə iki dəfə atəş açıb və qaçıb.

Oktyabrın 11-də cinayətin şahidi onu fotoşəkildən tanıdıqdan sonra qatilin tutulması üçün order verilib. Hoqq hazırda Dallas həbsxanasındadır.

İrfan Vəliyev


Etiketlər:  İncidiyinə görə qızı öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ