Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayətulla rejimi bu qızı da öldürdü

Ayətulla rejimi bu qızı da  öldürdü

Tarix: 25 Oktyabr 2022 10:12

Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanımasıya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız həyatını itirib.

Milli.Az bildirir ki, İran İnsan Haqqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəsətəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.

Məsələnin ictimailəşməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsinin balkonundan yıxılaraq öldüyünü iddia ediblər.

Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə cəfəng iddialar səsləndiriblər.

Milli.Az


Etiketlər:  Ayətulla rejimi bu qızı da öldürdü


RƏYLƏR