Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 12:08
Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı Hindistan vətəndaşlarının mümkün qədər tez zamanda ölkəni tərk edərək tez qonşu ölkələrə getməyi tövsiyə edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, XİN-in sözçüsü Arindam Baqçi Ukraynadakı Hindistan səfirliyinə vətəndaşların Ukraynanın Macarıstan, Polşa, Moldova, Slovakiya və Rumıniya ilə sərhədlərindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə sürətlə keçidini təmin etmək üçün göstərişlər göndərib.
Səfirliyə göndərilən təlimatda Ukraynadan çıxmaq üçün mümkün marşrutların siyahısı və sərhədi keçmək üçün lazımi sənədlərin siyahısı var.
Xatırladaq ki, ötən həftə Hindistanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirdiyini, diplomatik missiyanın təxliyəsinin və ya əməkdaşlarının Kiyevdən çıxarılmasının hələ planlaşdırılmadığını bildirmişdi.