Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pişiyə görə dava düşdü, qonşusunu bıçaqladı

Pişiyə görə dava düşdü, qonşusunu bıçaqladı

Tarix: 25 Oktyabr 2022 19:10

Rusiyada, Sankt-Peterburqun Kirovski Rayon Məhkəməsi qonşusuna hücum edən Antonina Komissarovanı bir il şərti cəzaya məhkum edib.

Sonxeber.net bildirir ki, bu barədə vilayət məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

Qız Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin ("Qəsdən sağlamlığa ağır zərər vurma") 2-ci hissəsinin "h" bəndi ilə təqsirli bilinib.

Məlumata görə, yanvarın 26-da səhər saatlarında qız Marşal Jukov prospektindəki 64 saylı evdəki kommunal mənzildə olub. O, sərxoş qonşunun pişik balasına qarşı necə aqressiv davranmağını görüb. Kişi pişiyi başı ilə vurub, təpikləyib və atıb. Sonra qız ev heyvanına görə tanışından zorakılığı dayandırmasını istəyib. Qonşular arasında münaqişə yaranıb. Zərərçəkmiş qızın saçından tutub, Antonina isə, bıçağı götürərək kişini qorxutmaq istəyib. Sonra qız bıçaqla qonşusunun sol bud nahiyəsindən bıçaqlayıb. Bundan sonra qız qorxuya düşüb və dərhal təcili yardım çağırıb. O, qurbanın qanını dayandırmağa çalışıb. Bundan əlavə, kişinin huşunu itirməməsi üçün qız ona spirt iylətdirib.

Qızın sərxoş olmadığı qeyd edilib. O, qonşusundan üzr istəyib, evdə və xəstəxanada ona qulluq edib. İndi onlar barışıblar və böyüyən pişik balası ilə evdə yaşamağa davam ediblər.

İrfan Vəliyev


Etiketlər:  Pişiyə görə dava düşdü qonşusunu bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ