Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 20:45
"Niyə Bülbül, Şövkət Ələkbərova, Sara Qədimova mahnı yazmırdılar? Onlar bunu bacarmırdılar ya istedadları yox idi?! Onlar bəstəkara kömək edirdilər. Bəstəkar onlarla ortaq məxrəcə gəlirdi, mahnını müzakirə edirdilər. Birlikdə işləyib, ortalığa bir şey çıxarırdılar. İndi bir qadıncığaz müğənni efirə çıxıb, heç kim onu tanımır! Mən heç kimi təhqir etmək, ağır söz demək istəmirəm. Amma efirə çıxıb deyir ki, musiqini də mən yazmışam, sözlərini də, özüm də oxuyub, rəqs edəcəyəm. Belə şey olar?! Sən rəqqasəsənsə get rəqqasəliyini et! Müğənnisənsə mahnı oxu, bəstəkarsansa gəl bəstəkarlığını et"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.
"Bəstəkarın üzünə baxan yoxdur. Deyirlər ki, mən səndən çox pul qazanıram, mən ağayam, sən kimsən mənim yanımda?! Niyə televiziyadakı bədii şuralara lazım olan insanlar seçilmir?! Bax belə baxılır! Nə qədər danışsam da heç nə dəyişmir! Peşəkar bəstəkarların əsərləri bu gün efirdə səsləndirilmir. Bəstəkarlıq sənətini təhqir etmək olmaz. Mən ittifaqın sədri olaraq uzun illərdir bir çox telekanallara məktub yollayıram və xahiş edirəm ki, qeyri-peşəkar musiqi ilə peşəkar musiqi arasında fərq qoysunlar. Telekanalların musiqi redaksiyalarına Bəstəkarlar İttifaqının üzvlərinin cəlb edilməsin çox istərdik. Musiqi azad mədəniyyət növüdür, burada heç kimə qadağa qoymaq olmaz. Bizə bəzən özfəaliyyət bəstəkarları gəlib deyir ki, mən mahnı yazıram. Ona deyə bilmərəm ki, mahnı yazma. Mən çalışıram ki, onlara kömək edim. Deyirəm ki, 7 notun üzərində yazın, notları öyrənin. Məni narahat edən səbəb budur ki, Azərbaycan mahnısı özəlliyini itirib. Bu türk mahnısıdır, hinddir, ərəbdir, nədir belə?!" deyə xalq artisti bildirib.