Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”da yaranan problemin səbəbi bilindi

“WhatsApp”da yaranan problemin səbəbi bilindi

Tarix: 25 Oktyabr 2022 23:34

"WhatsApp" messencerində bu gün baş verən nasazlıqların səbəbi bilinib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvdən baş verib.

"Biz bilirik ki, insanlar bu gün "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi aradan qaldırdıq və yaranan narahatlığa görə üzr istəyirik. Qısamüddətli problem bizim tərəfimizdən texniki nasazlığın nəticəsi idi", - deyə şirkət bildirib.

"WhatsApp"da problemlər dünyanın əksər ölkələrində müşahidə olunub.

On minlərlə istifadəçi mesaj göndərərkən, serverə qoşulmaproblemlərindən şikayətlənib.


Etiketlər:  WhatsAppda yaranan problemin səbəbi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ