Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 18:04
Bakı. Ceyhun Ələkbərov, Samir Əli - Trend:
Bakı metrosunda qadınlar arasında baş vermiş insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı şikayət daxil olmayıb:
"Bu kadrların köhnə, ya da təzə olması hələlik məlum deyil və hadisə ilə bağlı heç bir müraciət daxil omayıb. Hazırda metro polisi yayılmış video ilə bağlı araşdırmalar aparır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin