Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 08:12
ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkədə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.
"ABŞ hökuməti terrorçuların oktyabrın 29-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində kütləvi tədbirə hücum planlaşdıra biləcəyi barədə məlumat alıb", - məlumatda vurğulanıb.
Səfirlik mümkün hücumun dəqiq vaxtı, yeri və məqsədləri barədə məlumat verməyib.
Səfirlik işçilərinə Yohannesburqun Sandton bölgəsində izdihamlı yerlərdən və ictimai tədbirlərdən çəkinməyi tövsiyə edib.