Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

44 fil bala fili öldürən insanlardan qisas almağa gəldi

44 fil bala fili öldürən insanlardan qisas almağa gəldi

Tarix: 27 Oktyabr 2022 15:12

Hindistanın Çhattisqarh əyalətinin Korba şəhəri yaxınlığındakı kəndə fil sürüsü bir yaşlı fil körpəsini öldürən insanlardan qisas almaq üçün gəlib.

Milli.Az bildirir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Kəndlərdən birinə girən 44 fil mal-qara otaran Pitavar Sinqhı tapdalayıb. Nəticədə kişi ölüb. Bundan əlavə, iki gün ərzində sürü doqquz hektara yaxın əkin sahəsinə ziyan vurub.

Fermada yerli hakimiyyət orqanları basdırılmış və yarpaqlarla örtülmüş ölmüş fil balasını tapıblar. Ferma sahibi həbs edilib. Onun fil balasının öldürülməsində birbaşa iştirak edib-etmədiyi məlum deyil.

"Şübhəsiz ki, sürü öz körpə filini öldürən adama qarşı cəza tədbiri gördü. İntiqam almaq üçün onu və ya yaxınlıqdakı insanları axtarırdılar", - vəkil və Asiya Fili Xeyriyyə Fondunun təsisçisi Dunkan MakNeyr deyib.

MakNeyr, fillərin inanılmaz dərəcədə ağıllı olduğunu və yaxşı xatirələrə sahib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hadisə fillərdə gənc nəsli qorumaq instinkti və sürünün digər üzvlərinə qarşı sədaqət inkişaf etdirdiyini göstərir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  44 fil bala fili öldürən insanlardan qisas almağa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ