Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tinderdə tanış olub yatdığı bütün qızları videoya çəkirmiş - Məhkəmə

Tinderdə tanış olub yatdığı bütün qızları videoya çəkirmiş - Məhkəmə

Tarix: 28 Oktyabr 2022 00:24

Sinqapurda bir universitetin tələbəsi gizli şəkildə qızlarla cinsi əlaqədə olarkən video çəkib və məhkəmə qarşısına çıxıb.

Milli.Az bildirir ki, bu barədə "Channel News Asia" məlumat yayıb.

26 yaşlı Coel Çan York Yi qarşı tərəfin razılığı olmadan intim videolar çəkdiyinə görə iki dəfə günahını etiraf edib. Daha iki ittihama məhkəmədə baxılacaq.

2020-ci ildə Çan Tinder tanışlıq proqramı vasitəsilə 18 yaşlı qızla tanış olub. Onlar sosial şəbəkələrdə ünsiyyət qurmağa başlayıblar, sonra görüşmək qərarına gəliblər. Yeni tanışı Çanın yaşadığı universitetin yataqxanasına gəlib və cütlük cinsi əlaqədə olub.

Görüş zamanı qız anlayıb ki, kişi telefonunun kamerasını onlara yönəldir. O, baş verənləri lentə alıb-almadığını soruşub. O, mənfi cavab versə də, qız ondan telefonu alaraq yastığın altında gizlədib.

Həmin gün Çan bir neçə dəfə cinsi əlaqəni videoya çəkə biləcəyini soruşub, lakin qız hər dəfə rədd edib. Axşam yeməyində kişi ona görüşməyə başlamağı təklif edib, lakin o, istəməyib. Çan daha sonra onu Tinder-də izləmədən çıxarıb və sosial media hesablarına girişini qadağan edib.

Tezliklə kişi TInder vasitəsilə 20 yaşlı tələbə ilə tanış olub. 2020-ci ilin noyabr ayında onun evinə gəlib və onlar cinsi əlaqədə olublar. Çan onun razılığı olmadan hadisəni videoya çəkib. Daha sonra o, qızın bədəninin intim hissələrini əks etdirən daha bir video çəkib.

Məhkəmə hadisənin hüquq-mühafizə orqanlarına necə məlum olduğunu dəqiqləşdirməyib. Dekabrda həmin şəxsə hökm oxunacaq.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Tinderdə tanış olub yatdığı bütün qızları videoya çəkirmiş Məhkəmə


RƏYLƏR