Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 04:25
Nanə Ağamalıyeva qonaq dəvət edilən məşhurların efirə gecikməsindən gileylənib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Günün sədası" verilişində danışıb.
"Efirə vaxtında gəlmək məsuliyyətdən irəli gələn şeydir. Ötən günlərin birində qonaqlardan biri gecikmişdi. İnanın, o həyəcanı ki, mən yaşadım, sizə çatdıra bilmərəm. Artıq o efir başlandı, çox gözəl nəğmələr səsləndi. Gözəl zövq aldıq, ancaq mən qonağın gecikmə həyəcanını ata bilmədim, böyük bir stress yaşadım. Çünki tamaşaçı önünə çıxmaq məsuliyyətdir, amma gələn qonaq da bunu hiss etməlidir ki, verilişin axarı var, süjetlər, zamanlama var", - deyə, Nanə bildirib.