Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT diqqətini İran etirazlarına yönəldir

BMT diqqətini İran etirazlarına yönəldir

Tarix: 29 Oktyabr 2022 20:06

Ötən gün ABŞ-ın Nyu-York ştatının məşhur Tayms Meydanında İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölən Məhsa Əminin şəkli göstərilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məsələnin gələn həftə Birləşmiş Millətlər Təşkilatının diqqətində də olacağı bildirilib.

Belə ki, BMT Təhlükəsizlik Şurası ABŞ və Albaniyanın təşəbbüsü ilə İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.

İclasın keçirilmə səbəbi İranda insan haqlarının pozulması ilə bağlı etibarlı, müstəqil araşdırmaların aparılmasının yollarını axtarmaqdır.

İlkin məlumata əsasən, toplantı noyabrın 2-də baş tutacaq.

Milli.Az


Etiketlər:  diqqətini İran etirazlarına yönəldir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ