Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı

Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı

Tarix: 29 Oktyabr 2022 22:40

Erməni cəmiyyətində belə bir rəy yaratmağa çalışırlar ki, guya Ermənistan üçün Rusiyanın təklifləri (sülh sazişi təkliflərindən söhbət gedir - red.) daha sərfəlidir, Qərbin təklifləri isə sərfəli deyil. Amma Ermənistan hakimiyyəti Rusiyanın proqramını rədd edir və Qərbi qəbul edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının 6-cı qurultayında deyib.

"Bağışlayın, ancaq bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur", - o bildirib.

O bildirib ki, iki anlayış var - Rusiya və Qərb, amma Ermənistan Rusiyanın təklifinə öz prinsipial razılığını 2021-ci ilin yanvarında verib:

"Bu sazişlərin əsas müddəası odur ki, Rusiya Ermənistan və "Dağlıq Qarabağın" (? - red.) qarantıdır.

Bu plan Ermənistana 2021-ci ilin avqustunda təqdim edilib və sentyabrda biz razılığımızı vermişik. Və əgər Rusiya vasitəçi kimi 15 bəndlik təklifləri əsasında sənəd təklif edərsə, biz imzalamağa hazırıq".

Qeyd edək ki, 15 bəndlik təhlif və Rusiyanın qarantlığı barədə fikirlərin rəsmi səviyyədə səsləndirilməsi ilk dəfədir.


Etiketlər:  Rusiyanın bəndlik təklifi Paşinyan açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ