Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib, az qala ölmüşdüm” - VİDEO

“Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib, az qala ölmüşdüm” - VİDEO

Tarix: 31 Oktyabr 2022 12:00

"Xəstələnəndə klinikada rəngim göyərmişdi. Az qala ölmüşdüm, "pristupum" tutmuşdu. Səhərə kimi o sancını çəkdim. Nə qədər iynə vurdularsa, xeyri olmadı. Heç kimin də xəbəri olmadı ki, qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib". 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib. 

Aylar əvvəl bronxlarından və ürəklə ciyərin arasında aşkarlanan şişdən əməliyyat olunan sənətçi xəstəxanada vəziyyətinin ağırlaşdığını bildirib.  

"Həkim vəziyyətimi görüb söylədi ki, "Sən buna necə dözmüsən? Saat 8 idi, mən hələ də ağrıdan yata bilmirdim. Yatmağım üçün iynə vurdular, yenə də yata bilmədim. O günlər getsin, bir daha gəlməsin". 

Qeyd edək ki, M.Əsədova daha əvvəl xəstəliyi ilə bağlı "Ağrılarım dözülməz idi. Zobum, bronxlarımda dörd ədəd şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasında idi. O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür" açıqlamasını vermişdi. 


Etiketlər:  Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib qala ölmüşdüm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ