Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ayda 25 toya gedirəm” - VİDEO

“Ayda 25 toya gedirəm” - VİDEO

Tarix: 31 Oktyabr 2022 21:25

"Şəhər toyları rayon toylarından baha olur. Rayonda yaşayan insanların o qədər pulu yoxdur. Amma şəhərdə yaşayan insanların imkanı var. Şəhərdə müğənninin dediyi qonorarı verirlər. Amma rayonda gərək insanın imkanını nəzərə alasan". 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev qonaq olduğu "Günün sədası" verilişində deyib. 

Az qonorara qanə olduğunu söyləyən sənətçi məhz buna görə ayda 25 toya getdiyini açıqlayıb.

"Əsas bərəkət olsun. Mən Yusif Mustafayev hər zaman az qonorara şükür etmişəm. Aza min bərəkət. Bəzən görürsən ki, həmkarlarım toyda çıxış etmək üçün elə bir rəqəm deyir ki, ağlım çaşır. Çox böyük rəqəm dediyinə görə də, onun ayda iki dəfə toyu olur. Amma Yusif Mustafayev nə deyirlərsə, söyləyirəm min bərəkət və ona görə də ayda 25 toya gedirəm", - deyə Y.Mustafayev bildirib. 


Etiketlər:  Ayda toya gedirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ