Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 09:20
Rusiyalı məşhur reper Timati "Black Star Burger" fast-food restoranlar şəbəkəsinin tərəfdaşlarını dələduzluqda ittiham edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, reper bu ilin avqustunda sahibi olduğu şirkətin rəhbərlərini sənədləri və qazancları gizlətməkdə ittiham edib və bu səbəbdən məhkəməyə müraciət edib.
O, ittiham etdiyi şəxslərdən aylıq hesabat verməyi və tələblərə uyğun gəlmədiyi təqdirdə hər gecikmə günü üçün beş min rubl ödəməyi tələb edib. Lakin Moskva Arbitraj Məhkəməsi iddiaların təmin edilməməsi qənaətinə gəlib. Nəticədə Timati məhkəməni uduzub.