Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Tarix: 1 Noyabr 2022 10:16

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xızı və Lənkəran rayonları akvatoriyasında, Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sonxeber.net-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov, Astara şəhər sakini Zakir İsayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb.

"Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Mingəçevir şəhər sakinləri Yaşar Məmmədov, Səbuhi Aslanov, Cəlilabad rayonu sakinləri Bəhruz Nuruşlu, Elçin Qurbanov, Sabirabad rayon sakinləri Səxavət Məmmədov, Nəbi Quliyev, Seymur Qəniyev, Biləsuvar şəhər sakini Təbriz Gəncəli saxlanılıb".

B.Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Etiketlər:  Qanunsuz edən şəxslər cəzalandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ