Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 11:44
ABŞ dollarının zəifləməsi fonunda dünya birjalarında neft bahalaşıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent" neftinin yanvar fyuçersləri 0,74 % bahalaşaraq 1 bareli 93,5 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,62 % artaraq 1 bareli 87,07 ABŞ dolları təşkil edib.
Qiymətə təsir edən amillərdən biri dolların indeksidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21 % düşərək 111,3 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir.
İnvestorlar həmçinin ABŞ-da neft ehtiyatları ilə bağlı statistikanın açıqlanmasını gözləyirlər. Analitiklər ABŞ-da neftin kommersiya ehtiyatlarının (strateji ehtiyatlar istisna olmaqla) 0,27 milyon barel artdığını, benzin ehtiyatlarının isə 1,2 milyon barel azaldığını ehtimal edir.