Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 19:54
Rusiyada, Mordoviya Respublikasında iki yeni doğulmuş qızını uşaq bezi qutusunda küçədə qutuda qoyan rus qadını axtarırlar.
Sonxeber.net bildirir ki, bu barədə Rusiyanın regional Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
İdarənin məlumatına görə, oktyabrın 29-da səhər saatlarında Krasnoslobodsk şəhər sakini polisə müraciət edib. O, şəxsi evinin yaxınlığında bir qutu tapdığını və orada uşaq bezlərinə bükülmüş iki körpənin olduğunu bildirib. Hadisə yerinə gələn həkimlər ilkin olaraq belə qənaətə gəliblər ki, qızlar həmin vaxt təxminən bir günlük olublar. Artıq faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsi ("Təhlükə altında buraxma") ilə iş başlanıb.
Yeni doğulmuş qızlar hipotermiyaya məruz qalıblar və indi Saranskdakı perinatal mərkəzindədirlər. Regional Daxili İşlər Nazirliyinin nümayəndəsi RT-yə müsahibəsində bildirib ki, onların vəziyyəti orta ağır qiymətləndirilir. O, hamiləlik dövründə qızlarını tərk edən rusiyalı qadının həkimlər tərəfindən müşahidə olunmadığını da etiraf edib. Kanalın həmsöhbəti vurğuladı ki, nə Krasnoslobodskidə, nə də qonşu rayonlarda doğum evindən qaçan əkiz uşaqları olan qadınlar barədə məlumat verilməyib. Polis körpələrin anasının başqa şəhərdən gələ biləcəyini də iddia edib.
İrfan Vəliyev