Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 08:10
ABŞ Dövlət Departamenti Finlandiyaya 535 milyon dollar dəyərində idarə olunan "GMLRS" raketləri və digər avadanlıqların mümkün satışını təsdiqləyib.
Bu barədə çəeşənbə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.
"Mümkün satış Avropada siyasi sabitliyin və iqtisadi inkişafın qorunmasında mühüm rol oynayan etibarlı tərəfdaşın müdafiəsini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Finlandiyaya güclü özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın maraqları üçün çox vacibdir", - deyə açıqlamada bildirilir.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.